SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hakim partiya prezidentliyə namizədinin adını açıqladı

© Photo : REPORTYeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli
Yeni Azərbaycan Partiyasının loqotipi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni Azərbaycan Partiyası 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədinin adını açıqlayıb

BAKI, 1 fevral — Sputnik. Yeni Azərbaycan Partiyası 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədinin adını açıqlayıb. Bu şəxs, hazırkı prezident İlham Əliyevdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə bəyan edib.

"Yeni Azərbaycan Partiyasının 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində namizədi partiyamızın sədri, cənab prezident İlham Əliyev olacaq. Biz İlham Əliyevin seçkilərdə qələbə qazanacağına, Yeni Azərbaycan Partiyasının gənclərinin də bu qələbəyə öz töhfələrini verəcəyinə inanırıq", — deyə YAP icra katibi bildirib.

Xəbər lenti
0