BAKI, 1 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Gennadi Qatilovu vəzifəsindən azad edərək daha yüksək posta təyin edib.
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov
© Sputnik / Yevgeny Biyatov
/ Sputnik Azərbaycan "Kommersant"a istinadən xəbər verir ki, Qatilov bundan sonra Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışacaq.
Prezidentin müvafiq sərəncamına əsasən, Gennadi Qatilovun yerinə Aleksey Borodavkin gətirilib.
Qeyd edək ki, yeni təyinatdan öncə Rusiyanın BMT-dəki daimi təmsilçisi vəzifəsində Vasili Nebenzya çalışırdı.