Bu şəhəri siçanlar basdı

© Sputnik / Alexey Danichev / Mediabanka keçidКрысы
Крысы - Sputnik Azərbaycan
Abunə olmaq
Siçanlar artıq nə insanlardan, nə də pişikdən qorxmur

BAKI, 1 fevral — Sputnik. İranın Tehran şəhəri siçanları ilə gündəmə gəlib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə milyonlarla siçan yaşayır və hər gün bu gəmiricilərin sayı artmaqda davam edir. Tehran bələdiyyəsi bu siçanların Norveç siçan növü olduğunu bildirir.

İranlı mütəxəssislərin verdikləri statistikaya görə, Tehranda 50 milyon siçan var. Onlar bildiriblər ki, siçanların çoxalmasının qarşısını almaq üçün tətbiq etdikləri üsullar yetərsizdir. Siçanlar artıq nə insanlardan, nə də pişikdən qorxmur. Siçanların bu qədər çoxalmasının səbəbini isə şəhərdə küçələrin zibilli olması göstərilir.

Xəbər lenti
0