CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc alimlərimizin beynəlxalq uğuru

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin binası
Azərbaycan Dövlət İqtisad Universitetinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Tədqiqatın nəticələrindən hər iki ölkənin dövlət idarəetmə orqanları faydalana bilər

BAKI, 1 fevral — Sputnik. UNEC alimlərinin layihəsi II Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin qalibi olub. UNEC-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsabiqəni Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu təşkil edib.

"Belarus və Azərbaycan Respublikalarının daxili bazarlarında kompleks texnoloji məhsulların irəlilədilməsi üçün birgə sənaye klasterlərinin formalaşdırılması" mövzusuna həsr edilən layihənin rəhbəri UNEC-in "Marketinq" kafedrasının müdiri, professor Telman İmanov, icraçıları isə "Biznesin idarə edilməsi" kafedrasının professoru Rəşad Muradov ilə "İqtisadiyyat" (rus dilində) kafedrasının dosenti Leyla Hacıyevadır.

Humanitar və ictimai elmlər sahəsi üzrə təqdim olunan fundamental-tətbiqi xarakterli layihənin məqsədi Azərbaycan və Belarus respublikalarının daxili bazarlarında kompleks texnoloji məhsulların irəlilədilməsi üçün birgə sənaye klasterlərinin formalaşdırılması və fəaliyyəti üzrə iqtisadi mexanizmi işləyib hazırlamaqdır. Tədqiqat işinin elmi əhəmiyyəti hər iki ölkənin ticarət əlaqələrinin daha da genişləndirilməsinə motivasiyanın yaradılması və bu ölkələrin iri müəssisələri üçün inkişaf strategiyasının işlənib hazırlanmasıdır. Tədqiqatın nəticələrindən hər iki ölkənin dövlət idarəetmə orqanları faydalana bilər.

Xəbər lenti
0