CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlara dərman satışı qadağan edildi: Yaş məhdudiyyəti qoyuldu

© Sputnik / Murad OrujovВитрина с лекарствами
Витрина с лекарствами - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışını qadağan edən dəyişikliyi qəbul edib

BAKI, 1 fevral — Sputnik. Milli Məclis Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışını qadağan edən dəyişikliyi qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında "Dərman vasitələri haqqında" qanuna dəyişiklik müzakirə edilib.

Dəyişikliyə görə, 13-cü maddəyə yeni bənd əlavə edilib. Həmin bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan olunub.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0