Mözcüzəvi dünya: Narıncı timsah da tapıldı... – FOTO

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidTimsah
Timsah - Sputnik Azərbaycan
Abunə olmaq
Zərrə qədər işıq düşməyən mağaralarda yaşayan, uzunluğu 1,5-2 metr olan bu yırtıcılar yarasalar və çəyirtkələrlə qidalanırlar

BAKI, 31 yanvar — Sputnik. Fransalı alimlər Afrikanın qərbində, vəhşi heyvanların olduğu cəngəllikdə araşdırma aparıblar. Tədqiqat zamanı bu günədək rast gəlinməyən yeni timsah növü aşkar olunub.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, alimlər Qabon dövləti ərazisində mağaralarda yaşayan, gün işığı görməyən narıncı rəng timsahlar tapıblar.

Zərrə qədər işıq düşməyən mağaralarda yaşayan, uzunluğu 1,5-2 metr olan bu yırtıcılar yarasalar və çəyirtkələrlə qidalanırlar.

© Photo : Olivier TestaNarıncı rəng timsahlar
Narıncı rəng timsahlar - Sputnik Azərbaycan
Narıncı rəng timsahlar

Alimlər ilk öncə düşünüblər ki, bu canlılar Afrikadakı cırtdan timsahların bir tipidir. Lakin sonra bəlli olub ki, bu narıncı vəhşi heyvanlar cırtdan timsahlar növünə yox, məhz böyük timsah növünə aiddir.

Xəbər lenti
0