Donald Trampdan "qeyri-insani" qərar

© REUTERS / Carlos BarriaABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
O, sələfi Barak Obamanın Quantanamo həbsxanasının bağlanması barədə fərmanını ləğv edib

BAKI, 31 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp (Donald Trump) Quantanamo həbsxanasının bağlanmayacağını, faəliyyətinə davam edəcəyini açıqlayıb. Sputnik xəbər verir ki, Donald Tramp sələfi Barak Obamanın Quantanamo həbsxanasının bağlanması barədə fərmanını ləğv edib. Məlumatı Ağ Ev yayıb.

Sabiq prezident Barak Obama həbsxanada məhbuslara qarşı qeyri-insani rəftar olduğunu əsas gətirərək Quantanamonun fəaliyyətini dayandırmaqla bağlı fərman imzalamışdı.

Qeyd edək ki, sözügedən həbsxana Amerikanın Hərbi-Dəniz Qüvvələrinə tabedir və Kuba ərazisində yer alan Quantanamo körfəzində yerləşir.

Xəbər lenti
0