MRT aparatı xəstəni öldürdü

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidМедсестра проводит магнитно-резонансную томографию, фото из архива
Медсестра проводит магнитно-резонансную томографию, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əli aparata ilişən Raceş Marunu xilas etmək mümkün olmayıb

BAKI, 31 yanvar — Sputnik. Hindistanda qəribə hadisə baş verib. Sputnik AzərbaycanMilliyet”ə istinadən xəbər verir ki. Raceş Maru adlı şəxs müəmmalı şəkildə ölüb.

Onun dayısı gəncin ölümü ilə bağlı deyib: "Raceş Maru xəstəxanaya MRT etdirmək üçün dostu ilə birlikdə gedib. Bu zaman bir xəstəxana işçisi Marudan oksigen balonunu MRT otağına gətirməsini xahiş edib. Mary bunun təhlükəli olduğunu desə də, xəstəxana işçisi bildirib ki, bu prosesi hər gün keçirirlər, MRT aparatı söndürülür və heç bir problem yaranmır. Amma Maru əlində oksigen balonu ilə içəri girən zaman MRT aparatı açıq olub və aparat gəncin əlindəki balonu özünə çəkməyə başlayıb.

MRT aparatına dəyən Maru ağır yaralanıb, əlindəki balonda olan maye yerə tökülüb. Əli aparata ilişən Raceş Marunu xilas etmək mümkün olmayıb və o həyatını itirib”.

Xəbər lenti
0