CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayıl yamacı sürüşmə zonasının sakinləri ilə bağlı yeni xəbər

© Photo : Səbail rayon İcra HakimiyyətiSəbail rayonu Bayıl yamacında qanunsuz tikililər
Səbail rayonu Bayıl yamacında qanunsuz tikililər - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərin bəziləri qohum evlərinə gedib, 80-ə yaxın şəxs isə sığınacaqda məskunlaşıb

BAKI, 31 yanvar — Sputnik. Bakının Bayıl yamacında torpaq sürüşməsindən sonra evlərindən çıxarılan sakinlər və sürüşmə zonasındakı vəziyyətlə bağlı son məlumat açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib. O bildirib ki, qurum tərəfindən onlara aid olan bütün işlər görülüb: "Biz işlərimizi bitirmişik. Təhlükə zonasında yerləşən 103 ev yenidən nömrələnib. Həmin evlərdə kimlərin yaşadığı qeydə alınıb, şəkillər çəkilib və əhaliyə xəbərdarlıq edilib. Həmin ərazidə bizim nümayədələrimiz və polis 24 saat mühafizədədir".

"Sakinlərin bəziləri qohum evlərinə gedib, 80-ə yaxın şəxs isə sığınacaqda məskunlaşıb. Vətəndaşlar gündüzlər gedib öz evlərinə baş çəkirlər. Onlara kirayə pulunun verilməsi üçün Nazirlər Kabinetinin tapşırığını gözləyirik. Öncə aylıq pulun miqdarı müəyyən edilməlidir", — deyə bildirilib.

Kərimov qeyd edib ki, ərazidə son iki gündə sürüşmə qeydə alınmayıb.

Amma buna baxmayaraq, Yaponiyadan gələn mütəxəssis təkliflərini hazırlayır. Ərazidə cihazlar quraşdırılıb, hər gün göstəricilər götürülür.

Xəbər lenti
0