BAKI, 31 yanvar — Sputnik. Rusiyanın tanınmış jurnalistləri Maksim Şevçenko və Nikolay Svanidze canlı efirdə dalaşıblar. Sputnik Azərbaycan xəbər verir ki, onlar Stalinin müharibədəki rolu ilə bağlı mübahisə ediblər "Komsomolskaya pravda" radiosunun efirində yumruqlaşıblar.
Svanidze Stalinin müharibə ərəfəsində ölkəni dəhşətli vəziyyətə gətirdiyini bildirib: "41-ci ilin sonunda almanların əsirliyində bizim 3,8 milyon adamımız var idi".
Şevçenko isə Fransadan fərqli olaraq SSRİ-nin diz üstə olmadığını deyib: "Sovet İttifaqı mübarizə aparırdı". O, Svanidzeni Moskva ətrafında həlak olanların qəbrinə tüpürməkdə ittiham edib.
Öz növbəsində Svanidze buna cavab olaraq Şevçenkonu əclaf adlandırıb və ona şillə vurub. Bundan sonra Şevçenko rəqibinə bir neçə yumruq vuraraq onu yerə sərib. Canlı efir isə dayandırılıb.
<>