Daha bir ölkə Fələstinin müstəqilliyini tanımağa hazırlaşır

© AP Photo / Mohammed ZaatariFələstin bayrağı, arxiv şəkli
Fələstin bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər XİN-in təqdim etdiyi layihə parlamentdə təsdiqlənsə, Sloveniya İsveçdən sonra Fələstinin müstəqilliyini tanıyan ikinci dövlət olacaq

BAKI, 31 yanvar — Sputnik. İsrail hökumətinə yaxın "Haaretz" qəzetinin yazdığına görə, İsveçdən sonra Sloveniya da Fələstin dövlətini tanımağa hazırlaşır.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, parlament sabah Fələstinə dair qətnamə layihəsinə səs verəcək. Sloveniya xarici işlər naziri Karl Erjavecin dəstək verdiyi layihə böyük ehtimalla qəbul olunacaq.

Hökumət məsələ ilə bağlı mətbuata açıqlama verməkdən boyun qaçırıb.

Sloveniya prezidenti Borut Pahor isə ötən həftə xarici mətbuata açıqlamasında Fələstin dövlətini tanımağın əleyhinə olduğunu söyləmişdi. Ancaq bu, heç nəyi dəyişmir. Çünki Sloveniya qanunlarına görə, prezident parlamentin qərarlarına müdaxilə edə bilməz.

Əgər XİN-in təqdim etdiyi layihə parlamentdə təsdiqlənsə, Sloveniya İsveçdən sonra Fələstinin müstəqilliyini tanıyan ikinci dövlət olacaq.

Xəbər lenti
0