CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəristiliktəchizat"dan abonentlərə qış "sürprizi"

© Sputnik / Murad OrujovДевушка у комнатного обогревателя, архивное фото
Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaş onsuz da istifadə etdiyi istiliyin pulunu ödəyir. Heç kim qabaqcadan istilik pulu vermir"

BAKI, 31 yanvar — Sputnik. "Azəristiliktəchizat" borclu vətəndaşları məhkəməyə verəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azəristiliktəchizat" ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

O qeyd edib ki, bəzi abonentlər məsuliyyətsizlik edərək istilik haqqını ödəmir:

"Bəzi vətəndaşlar düşünür ki, bir nəfərə görə binanın istiliyini dayandırmazlar. Hazırda hesablamalar aparılır. Ödəniş etməyən abonentlərin çox olduğu binalara xəbərdaredici məlumat veririk. Vətəndaş onsuz da istifadə etdiyi istiliyin pulunu ödəyir. Heç kim qabaqcadan istilik pulu vermir. Xəbərdarlığa rəğmən ödəniş etməyənlərin ya istilik təchizatı dayandırılacaq, ya da məhkəməyə veriləcək".

R.Əliyev deyib ki, 2017-ci ilin yekunlarına görə, əhali istehlakçılarından yığıma görə göstəricilər 90 faiz təşkil edib.

Qurumun rəsmisi, həmçinin qeyd edib ki, ümumilikdə borclular çox deyil. Amma ödəniş etməklə arası olmayan, məsuliyyətsiz abonentlər də var:

"Bizdə qiymətlər onsuz da ucuzdur. 1 kvadrat metrə görə istilik haqqı 15 qəpikdir. Ona görə məcburuq ki, xəbərdarlıq edək. Abonentlərimizin ən çoxu 100-200 manat borcu olur".

Xəbər lenti
0