Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Proses qarşısıalınmaz məcraya daxil oldu - "Kreml hesabatı"

© Sputnik / Kirill kalinnikov / Mediabanka keçidMoskvada Kreml
Moskvada Kreml - Sputnik Azərbaycan
Abunə olmaq
Sanksiyalar kəskinləşdikcə və onların Rusiyaya qarşı təsiri artıqca, Moskva özünün nüfuz məkanı hesab etdiyi ərazilərin resursları hesabına ayaqda qalmağa çalışa bilər

BAKI, 30 yanvar — Sputnik. ABŞ-ın Maliyyə Nazirliyi Konqresə Rusiya əleyhinə misli görünməmiş sanksiyalar paketi təqdim edib. Sanksiyalar zərfindəki siyahıda Rusiyanın 114 nəfər yüksək vəzifəli məmurunun, dövlət şirkəti sahiblərinin və 96 nəfər tanınmış biznesmenin adı qeyd olunub. Baş nazir Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, Federasiya Şurasının sədri Valentina Matviyenkonun adı da həmin siyahıya salınıb.

Встреча президентов США и России Дональда Трампа и Владимира Путина в ходе саммита G20, Гамбург, Германия, 7 июля 2017 года - Sputnik Azərbaycan
RUSİYA
ABŞ-dan Rusiyaya qarşı sensasion qərar

"Kreml hesabatı" adlı sanksiya sənədində Rusiyanın digər 19 nazirinin də adı var. Burada Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov, müavinlər Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodes, Dmitri Kozak və Dmitri Roqozinin də adları yer alıb. Sənədə Rusiya hökumətinin, prezident aparatının, Dövlət Dumasının, Federasiya Şurasının, Təhlükəsizlik Şurasının əsas üzvlərinin adları salınıb. Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, administrasiya rəhbərinin birinci müavinləri Aleksey Qromov və Sergey Kiriyenko, müavinləri Maqomedsalam Maqomedov, Vladimir Ostrovenko, prezident Putinin mətbuat katibi Dmitri Peskov və prezident protokolunun rəhbəri Vladislav Kitayevin adları daxil edilib.

"Kreml hesabatı" adlı sanksiyalar paketinin nədən ibarət olduğu hələlik tam açıqlanmayıb. Vaşinqtonun bu addımına Moskvanın nə cavab verəcəyi maraqla gözlənilir. Dmitri Peskov bildirib ki, "Kreml hesabatı" Rusiyada keçiriləcək seçki kampaniyasına təsir etmək üçün birbaşa və açıq cəhddir.

Siyahıya 210 nəfər daxildir. Siyahıya düşmək avtomatik şəkildə sanksiya tətbiqi anlamına gəlmir, lakin bu, daha sonra baş verə bilər. Hesabatın müəllifləri siyasətçi və oliqarx siyahısını "açıq mənbələrdən götürülmüş obyektiv meyarlar" əsasında tərtib etdiklərini deyirlər. Göründüyü kimi, siyahıya Putinin prezident administrasiyasının bütün rəhbərliyinin adı daxil edilib.

Nəzərə alaq ki, Tramp ABŞ prezidenti seçilən kimi onun Krem tərəfindən idarə olunduğu deyilirdi. Trampın Rusiya ilə münasibətləri barədə məlumatlar ABŞ prezidentinə simpatiya bəsləməyən KİV-lər tərəfindən o qədər şişirdilmişdi ki, bu, Trampın reytinqinin aşağı düşməsinə səbəb olurdu. Bunun qarşılığında isə ABŞ prezidenti və onun komandası Rusiya əleyhinə ritorikanı və sanksiyaları kəskinləşdirir.

Bu baxımdan, Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə həm də ABŞ daxilindəki siyasi rəqabətin elementlərindən biri kimi yanaşmaq lazım gəldiyini düşünürəm. ABŞ-da Rusiyaya qarşı olan dairələr də bu məqamı dəyərləndirirlər və Trampı daim təzyiq altında saxlamağa çalışırlar.

Флаг Соединенных Штатов Америки - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı biznesmenlər də Vaşinqtonun "qara siyahı"sına düşdü

ABŞ-Rusiya qarşıdurmasının perspektivinə gəldikdə isə, bu problem tez bir zamanda aradan qalxa bilməz. Sanksiyalar kəskinləşdikcə və onların Rusiyaya qarşı təsiri artıqca, Moskva özünün nüfuz məkanı hesab etdiyi ərazilərin resursları hesabına ayaqda qalmağa çalışa bilər. Lakin bunun da uzun müddət davam edəcəyi inandırıcı deyil.

ABŞ-Rusiya qarşıdurması dünyaya uzunmüddətli gərginlikdən başqa heç nə vəd etmir. Lakin bu proses artıq qarşısıalınmaz məcraya daxil olub. SSRİ süquta uğradığı zaman Qərb Rusiyanı qorumağa çalışdı. Çünki Rusiyanın parçalanması həmin dövrdə həlli mümkün olmayan problemlərə yol aça bilərdi. Parçalanmış SSRİ-nin yerində 15 yeni dövlət yaranmışdı. Bura Şərqi Avropadakı sosialist məkanına daxil olan dövlətləri də daxil etsək, prosesin ağırlığını müəyyənləşdirə bilərik.

Şərqi Avropadakı dövlətlər hələ tam şəkildə Avropanın hüquqi dəyərlər sisteminə daxil ola bilməyib, post-sovet məkanındakı vəziyyət də göz qabağındadır. Qərb eyni vəziyyətin Rusiyada baş verməsindən ehtiyyat edir. Qərbin yeganə məqsədi Moskva ilə arasında "bufer zona" formalaşdırmaqdan ibarətdir. Açıq savaş heç bir tərəfə sərf eləmir.

Bu qarşıdurmada rəsmi Bakı həm Rusiya, həm də Amerika ilə tərəfdaşlıq münasibətlərini davam etdirmək istəyir. Vaşinqton Azərbaycanın iştirakçısı olduğu enerji layihələrinə dəstək verir. Vaşinqton Azərbaycanın təşəbbüskar kimi çıxış etdiyi TAP və TANAP layihərinin reallaşdırılmasına tərəfdardır. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən çıxan mallar Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınacaq.

Bakı Moskva ilə münasibətlərini yüksək səviyyədə saxlamağı bacarır. Həmçinin, Son vaxtlar Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəallaşıb və bununla da Bakını Qərbə meyl etməməyə dəvət edir. Azərbaycan isə balans siyasətini davam etdirməklə heç də asan olmayan geosiyasi vəziyyətdən uğurla çıxmağa çalışır…

Xəbər lenti
0