İbrahimov: “Milli iqtisadiyyatımızın təkmilləşdirilməsinə ehtiyyac var”
Yanvarın 29-da Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bütün resurslarını qeyri-neft sektorunun inkişafına yönəltməlidir. Ekspertin fikrincə, bu, milli iqtisadiyyatımızın təkmilləşdirilməsi deməkdir.