CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Zəkiyev: "Rus idmançılar siyasətin qurbanı oldu”

© Sputnik / Tarana KhudabakhshiyevaCüdoçu İlham Zəkiyev
Cüdoçu İlham Zəkiyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Dünya ölkələri bu halla üzləşməmək üçün gələcəkdə dopinqə nəzarəti daha da gücləndirəcək”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. BOK-nin rəsmi saytında qeyd edilib ki, oyunlarda olimpiya bayrağı altında yalnız "təmiz" (dopinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək.

Təbii ki, bu məhdudiyyət idmançıların və azarkeşlərin etirazına səbəb olub. Etirazlara səbəb kimi də göstərilir ki, niyə hansısa peşəkar idmançı dopinqdə adı hallanan digər həmkarına görə təmsil etdiyi bayraqdan məhrum edilməlidir? Bu nə dərəcədə ədalətlidir?

Bu suallara Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Paralimpiya Oyunları çempionu İlham Zəkiyev Sputnik Azərbaycan-a açıqlamasında münasibət bildirib. İ.Zəkiyev qeyd edib ki, bu məhdudiyyət idmançıların öz günahıdır: "Yarışa ciddi hazırlaşan hər bir idmançı diqqətli olmalıdır. Hər il dəyişən dopinq haqqında yenilikləri izləməli və riayət etməlidir. Peşəkar idmançı heç kimə bəhanə verməməlidir ki, onu oyundan kənarlaşdırsınlar”.

Paralimpiya çempionu bu məsələdə həm idmançıların öz günahları ilə yanaşı, siyasi məsələlərin də olduğunu deyib: “Rio-2016 Paralimpiya yarışlarında rus idmançıların da siyasətin qurbanı olduğunun şahidi olduq. Bu, xoşagəlməz bir haldır. Bu hal, bir növ, digər ölkələrə dərs olacaq. Dünya ölkələri bu halla üzləşməmək üçün gələcəkdə dopinqə nəzarəti daha da gücləndirəcək. Hər bir idmançıya uğur olsun".

Xəbər lenti
0