İslam Kərimovun nəvəsi Özbəkistandan qaçdı

© Photo : Instagram / i.kar7İslam Kərimovun adını daşıyan nəvəsi
İslam Kərimovun adını daşıyan nəvəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Təxminən iki il əvvəl dünyasını dəyişən İ.Kərimovun nəvəsi BBC-yə müsahibə verib

BAKI, 30 yanvar — Sputnik. Özbəkistanın mərhum prezidenti İslam Kərimovun adını daşıyan nəvəsi İngiltərədən siyasi sığınacaq istəyib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, siyasi sığınacaqla bağlı məlumatı nəvə Kərimovun vəkili yayıb. Keçmiş prezidentin qızı Gülnarə Kərimovanın oğlu olan İslam Kərimov sığınacaq üçün müraciəti təxminən 1 ay əvvəl edib.

2016-cı ilin sentyabrında dünyasını dəyişən İ.Kərimovun nəvəsi BBC-yə bu sözləri deyib: “Hüquqi prosedurlar və sənədlər hazırlanan kimi sığınacaq üçün Britaniyaya müraciət edəcəyəm. Anam barəsində ciddi proseslər gedir. Hökumət bunu tam gizli saxlayır. Ancaq eşitdiyimə görə, bu barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək".

Xəbər lenti
0