2017-cı il ərzində respublika ərazisində 13170 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1059 hadisə və ya 9% çoxdur. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 72 nəfər həlak olub, 334 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 153 nəfər xilas edilib, 1644 nəfər təxliyə olunub. 2017-ci il ərzində baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 12911 çıxış edilib.
Ötən il ərzində baş vermiş fövqəladə hallar barədə daha dolğun statistika ilə Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada tanış ola bilərsiniz.