CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizkənarı Bulvar İdarəsinin işində ciddi pozuntular tapılıb

© Sputnik / Murad OrujovЗакат на Приморском парке в Баку
Закат на Приморском парке в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilib

BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2016-2017-ci ilin 1-ci yarımilliyində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edilib. Bu barədə Sputnik Azərbaycan-a Hesablama Palatasından məlumat daxil olub.

Audit tədbiri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumları olan Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi, eləcə də təsərrüfathesablı təşkilatları olan "Sahil Xidməti" MMC və"Dənizkənarı Milli Park" MMC-ni əhatə edib. Auditlə ümumilikdə 66454,5 min manat məbləğində vəsait əhatə olunub.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
AZAL-ın işində nöqsanlar tapıldı, Milli Məclisə məlumat verildi

Müsabiqədənkənar işə götürülən işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artıq ödənilib, işçilərə istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əmək haqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə maaşları yüksək müəyyənləşdirilib.

"Dənizkənarı Milli Park" MMC tərəfindən xidmət müqaviləsi bağlanılmış hüquqi və fiziki şəxslər üzrə "Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözlənilməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyən, həmçinin pullu xidmət göstərən obyektlərin işlətdikləri enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilməyib.

Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və tabeliyində olan qurumları tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə Kollegiya qərarının surəti, habelə Maliyyə Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq məktublar göndərilib. Auditin nəticələri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat təqdim edilib.

Xəbər lenti
0