Gəmimiz sınaqdan uğurla çıxıb

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq

BAKI, 30 yanvar — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nəqliyyat donanmasına məxsus "Balakən" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gəmi dəniz sınağından da uğurla çıxıb.

Yapon dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Göyərtəsində azərbaycanlıların olduğu gəmi dənizdə yoxa çıxıb

Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, baş və köməkçi mühərriklər əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama, təmir işləri həyata keçirilib. "Balakən" gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar edilir. Gəmi-bərə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları daşıyacaq.

Məlumat üçün bildirək ki, uzunluğu 154,5 metr, eni isə 17 metr olan gəminin maksimal sürəti 13,9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.

Xəbər lenti
0