Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Millət vəkili: "Xüsusi bir cəza mexanizmi yaradılmalıdır"

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Qənirə Paşayeva: "Rəsmi qeydiyyata saldırmadan vərəm xəstəsini müalicə etmək olmaz"

BAKI, 30 yanvar — Sputnik. "Rəsmi qeydiyyata saldırmadan vərəm xəstəsini müalicə etmək olmaz". Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentdə keçirilən "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, vərəmli xəstələrin bəziləri düşünür ki, "rəsmi qeydiyyatda olacağam və bunu biləcəklər, ona görə də qoy, gizli şəkildə müalicə alım": "Rəsmi qeydiyyat olmadan müalicə aparan həkimlər var. Həkimlər bunun məsuliyyətini bilməlidir. Bunun üçün bir cəza mexanizmi olmalıdır. Maarifləndirmə işləri də burada çox mühümdür".

Xəbər lenti
0