CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kişi özünü binadan atmaq istəyib

© pixabay / rebcenter-moscowİntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli
İntihar etməyə hazırlaşan yeniyetmə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb

BAKI, 30 yanvar — Sputnik. Bakıda intihara cəhdin qarşısı alınıb.

Sputnik Azərbaycan-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

Xəbər lenti
0