İntiqam Qasımzadə: “95 ildə Azərbaycan ədəbiyyatında nə olubsa, bu jurnalda əksini tapıb”
Yanvarın 28-də “Azərbaycan” jurnalının 95 yaşı tamam olur. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Sputnik Azərbaycan-a deyir ki, bu jurnal Azərbaycanda fasiləsiz olaraq 95 il çap olunan yeganə ədəbi jurnaldır:
“Azərbaycan” jurnalının məranı xalqı maarifləndirmək olub. Burada aparıcı rol da ədəbiyyatın üzərinə düşüb. Bu 95 ildə Azərbaycan ədəbiyyatında yaxşı, pis nə yaranıbsa, hamısı bu jurnalda əksini tapıb. “Azərbaycan” jurnalına ədəbiyyatımızın güzgüsü demək olar”.