Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yüz milyonların sevimlisi dərdini danışdı: "Atam hamımızı bezdirmişdi"

© AP Photo / Photo by Amy Harris/InvisionMak Kali Kalkin
Mak Kali Kalkin - Sputnik Azərbaycan
Abunə olmaq
"Oynadığım obrazlardakı uğuruma görə pul evə sel kimi gəlirdi, ailəm milyonlarla dolları nə edəcəyini bilmirdi"

BAKI, 29 yanvar — Sputnik. Uşaq və yeniyetmə yaşlarımız onun məşhur "Evdə tək" filmini izləməklə keçib. Əsasən də yeni il ərəfəsində, demək olar ki, bütün telekanallar yorulmadan həmin filmin bütün seriallarını təkrarən verirdi.

Ceyhun Əhəd - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor: "Bu işdə işlədiyim üçün qohumlarım məni döydülər"

O da bizimlə bərabər böyüdü. Və artıq 37 yaşı var. Amma hələ də unudulmaz "Evdə tək" ekranlardan əskik olmur. İndiki uşaqlar da balaca Kevini izləməkdən həzz alırlar. Kinoda Mak Kalister (McCallister) ailəsinin ən balacası obrazını canlandıran Kevinin əsl adı və soyadı Mak Kali Kalkindir (Macaulay Culkin).

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, uşaq yaşlarında şan-şöhrətə qovuşub ad-san qazansa da, gələcək həyatı Kalkinlə heç də xoş davranmayıb. Uğursuzluq, ailəsinin dağılması, narkotikə qurşanması onu çətin vəziyyətlərdə qoyub.

1994-cü ildə çəkildiyi son filmi "Richie Rich"-dən sonra Kalkin birdəfəlik bu sənətdən uzaqlaşıb. Dediyinə görə, ata-anası ona növbəti filmlərə çəkilməyə qadağa qoyub. "Mənim haqqımda verilən ən gözəl qərar bu idi", — o, yerli mətbuata müsahibəsində deyib.

Kalkin 1990-cı illərin sonunu həyatının ən pis illəri kimi xatırladığını söyləyib: "Atam çox axmaq insan idi. İnsanı fiziki və psixoloji narahat edirdi. Qardaşlarıma və anama qarşı da pis davranırdı. Mən həmin dövrdə sərvət qazanmışdım. Oynadığım obrazlardakı uğuruma görə pul evə sel kimi gəlirdi. Ailəm milyonlarla dolları nə edəcəyini bilmirdi. Atam və anam o pulları bölüşə bilmirdilər. Sonra ayrıldılar".

"Pula sahib olmaq uğrunda bir-birlərini məhkəməyə verdilər. Həqiqətən düz deyiblər ki, pul xoşbəxtçilik gətirmir. Mən onlardan uzaqlaşdım. O ərəfədə bacım Dakota avtomobil qəzasında dünyasını dəyişdi. Daha sonra ögey qardaşım Cennifer Adamson gənc yaşda öldü. Artıq tək yaşayırdım", — o qeyd edib.

O, 17 yaşı olanda aktrisa Reyçl Miner (Rachel Miner) ilə evlənir: "2002-ci ildə ayrıldıq. Sonra həyatdan bezmə dövrüm başladı. Narkotikə qurşandım. Pizza satışı ilə məşğul olurdum. Ancaq inanın, milyonlarım olmadığı üçün özümü xoşbəxt hiss edirdim. İndi də çox xoşbəxtəm. Film işinə birdəfəlik son qoydum. Mən rahat adamam. Küçədə rahat gəzmək istəyirəm. Ona görə, bu sektor mənlik deyil".

Mak Kali Kalkin uşaq vaxtı dünyaca tanınmış amerikalı pop-ulduz mərhum Maykl Ceksonla olan dostluğundan da danışıb: "O, möhtəşəm insan idi. Yaxşı dostluğumuz var idi. Uşaqla uşaq kimi davranardı. Mənim uşaqlığım onun çox xoşuna gəlirdi. Ətrafında hər zaman azyaşlıların olmasını istəyərdi. Haqqında dolaşan "pedofil" iddiaları tamamilə yalandır, sizi əmin edirəm".

Xəbər lenti
0