Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dörd dəfə çox süd verən və soyuğa davamlı inək yaradılır

© AFP 2024 / MARIO LAPORTAHeyvandarlıq təsərrüfatı. Arxiv şəkli
Heyvandarlıq təsərrüfatı. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milyarder dörd dəfə çox süd verən və soyuğa davamlı inək yaratmağa qərar verib

BAKI, 29 yanvar — Sputnik. Microsoft şirkətinin qurucusu Bill Geyts genetik tədqiqatlar və ev heyvanları üçün vaksinlərin hazırlanması ilə məşğul olan GALVmed qeyri-kommersiya təşkilatına 40 milyon dollardan artıq vəsait verib.

Bu barədə Business Insider portalı məlumat yayıb.

Milyarder mütəxəssislərinin layihə üzərində işləyəcəyi Edinburq universitetini ziyarət edib. Məlumata görə, Geytsin vəsaiti özündə Avropa və Asiya inəklərinin özəlliklərini daşıyacaq yüksək məhsuldarlığı olan və istiyə dözümlü "ideal inəklər"in yaradılmasına xərclənəcək.

"Burada xərclənən hər bir dollara nisbətdə işin effektivliyi çox yüksəkdir. Biz istənilən şəraitdə dörd dəfə artıq süd verən inək yaratmaq istəyirik", — deyə Geyts bildirib.

Əvvəllər sahibkar süni dölləmə yolu ilə bu cür inəkləri yaratmağı təklif edirdi.

Bill Geyts müntəzəm olaraq xeyriyyə və elmi layihələrə pul ayırır. Forbes jurnalının qiymətləndirməsinə görə, Microsoft-un qurucusunun vəsaiti 92 milyard dollar dəyərindədir.

Xəbər lenti
0