BAKI, 29 yanvar — Sputnik. ABŞ Mərkəzi Bankının (FED) yanvarın 30-31-də toplantısı keçiriləcək. Sputnik Azərbaycan "Bloomberght"-ə istinadla xəbər verir ki, toplantıda uçot dərəcəsinin qaldırılması gözlənilmir.
Amma investisiya şirkəti olan "Goldman Sachs Inc" FED-in ucot dərəcəsini az da olsa, qaldıracağını proqnozlaşdırır. Bununla belə, əksər müşahidəçilər FED-in uçot dərəcəsini mart ayında keçiriləcək toplantısında qaldıracağını iddia edirlər.
Qeyd edək ki, bu, Canet Yellenin iştirak edəcəyi son FED toplantısı olacaq.