CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSK maraqlı statistika açıqlayıb

© REPORTDövlət Statistika Komitəsi
Dövlət Statistika Komitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib

BAKI, 29 yanvar — Sputnik. 2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib.

Qəbələ rayonunda yerləşən Həzrə türbələri - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əcnəbi turistləri beş əsr geriyə apara bilərik — MÜRACİƏT

Bildirilib ki, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər edib: "Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,0 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 faizi yanvar, 5,7 faizi fevral, 9,1 faizi mart, 6,9 faizi aprel, 7,8 faizi may, 9,0 faizi iyun, 11,7 faizi iyul, 11,4 faizi avqust, 9,4 faizi sentyabr, 7,6 faizi oktyabr, 7,5 faizi noyabr, 8,0 faizi isə dekabr aylarında ölkəyə gəlib".

Məlumata görə, ötən il körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib: "Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman vətəndaşlarının sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artıb. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 faiz artaraq 614,7 min nəfər təşkil edib".

"Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunub. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1006,5 min nəfər olub. Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib" — DSK-dan bildirilib.

Komitənin rəsmi məlumatına görə, 2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 faiz azalaraq 4108,9 min nəfər olub: "Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub. Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib".

Xəbər lenti
0