CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı mənzillər qarət edilib

© pixabay / bohedМужчина открывает дверь в квартиру, фото из архива
Мужчина открывает дверь в квартиру, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakinlərinin sonuncu pullarını aparıblar

BAKI, 29 yanvar — Sputnik. Səbail rayonu, Badamdar qəsəbə sakini, 1981-ci il təvəllüdlü Süleymanova Nailə Bəxtiyar qızının mənzilindən 17 min manat oğurlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Səbail rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, oğru Süleymanovların mənzilinə plastik pəncərəni qıraraq daxil olub. Hələlik faktla bağlı heç kəs saxlanılmayıb, oğrunun şəxsiyyəti müəyyən edilməyib.

Daha bir mənzil Sabunçu rayonu ərazisində qarət olunub. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, oğru Pirşağı qəsəbəsindəki Giləvar sanatoriyasının sakini, 1957-ci il təvəllüdlü Xudiyeva Zərifə Məhəmməd qızının mənzilinin qapısının kilidini açar seçmə üsulu ilə açaraq içəri daxil olub və oradan 3200 manat, 400 dollar və 8 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Qadın oğurluqda qonşusu Sona Balakişiyevadan şübhələnir. Amma sonuncunun günahı hələlik sübuta yetirilməyib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0