Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakılı qadın ev yardı

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda qadın qohumunun qonşusunun mənzilinə girib

BAKI, 29 yanvar — Sputnik. Fərasətli oğruların təkcə kişilər arasından çıxmadığını, əvvəllər məhkum olmuş Bakı sakini Fəridə Miriyeva öz əməli ilə sübut edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıdakı evlərdən birində oğurluq baş verib.

Вор, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Tovuzlu gənc oğurluğa girmək istədi, görün başına nə gəldi

Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinin əməkdaşları aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxsi — Fəridə Miriyevanı saxlayıb. Miriyeva yanvarın 27-də Əliağa Kərimovun mənzilinə daxil olaraq ona məxsus pul kisəsini oğurlayıb. Həmin kisənin içində 1600 ABŞ dolları və 300 manat olub.

Nərimanov rayon sakini Miriyeva törətdiyi cinayəti boynuna alıb. O bildirib ki, Kərimovun mənzilinə oğurluğa girməyi bu yaxınlarda planlaşdırıb. Qadının sözlərinə görə, Səbail rayonunda Kərimovun qonşuluğunda yaşayan qohumunu tez-tez ziyarət edirmiş. Miriyeva çətinlik çəkmədən Kərimovun evində pul olduğunu müəyyən edib və zənnində yanılmayıb.

Oğurlanmış pullar Miriyevadan maddi dəlil kimi götürülüb.

Xəbər lenti
0