BAKI, 29 yanvar — Sputnik. Rusiyada Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə "Slavyan Bulvarı" metro stansiyası yaxınlığında taksi dayanacağında baş verib. Bir neçə adam 1989-cu il təvəllüdlü Mahir Rüstəmovu silahla vurub.
Təcili tibbi yardım gələnə qədər Rüstəmov başından aldığı güllə yarasından dünyasını dəyişib.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanılıb.