BAKI, 28 yanvar — Sputnik. Şabran rayonu ərazisində yanmış kişi meyiti tapılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, cəsəd Bakı-Quba yolunun kənarında aşkar edilib.
40-50 yaşlarında olan şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin 102 xidmətinə və yaxud Şabran Rayon Polis Şöbəsinə (02335) 3-23-05 nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.