CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kardioloqdan sağ qalmağın resepti: "İldə bir neçə dəfə ürəyinizi yoxlatdırın"

© Sputnik / Evgeny Samarin / Mediabanka keçidKardioqram
Kardioqram - Sputnik Azərbaycan
Abunə olmaq
İlahiyyatçı: "İnsan qəlbini rahatladan ən gözəl vasitə ibadətdir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Son illər insanlarda ürək, qan-damar sistemi problemləri çoxalıb. Xüsusilə ürək dayanma, qəfil infarkt halları intensivləşib. Kişilərdə isə bu xəstəliklər daha çox müşahidə olunur. İnsanların əksəriyyəti bu problemin kökündə əsəb və stressin durduğunu deyirlər.

Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda tələbə ürək əməliyyatı zamanı ölüb

Sputnik Azərbaycan müasir dövrdə insan həyatının ayrılmaz hissəsinə çevrilən əsəb və gərginliyin ürək, qan-damar sisteminə təsirini və bu xəstəliklərdən qorunma yollarını mütəxəssislərdən öyrənib.

Kardioloq Oruc Mehrəliyev məsələyə belə aydınlıq gətirib: "Bütün insanlar sonda ürək problemindən ölürlər. İnsan ölən zaman birinci növbədə onun ürəyini yoxlayırlar ki, döyünür, yoxsa dayanıb. Ürəyin dayanması ölüm faktının təsdiqidir. Xərçəng xəstəliyinin də sonunda, ağ ciyər xəstəliklərinin də sonunda, qanaxmanın da sonunda ölüm ürək dayanmasına görə baş verir. Daxili orqanların zədələnməsi və xəstələnməsi də ürəyə təsir edir. Ancaq bunlar qəfil ölüm yaratmır. Stress isə ürək xəstəliklərinin yaranma səbəblərindən biridir".

Kardioloq məsləhət görüb ki, sağlam insanlar ildə bir dəfə, ürəyində problem olan xəstələr isə 3-6 aydan bir müayinədən keçsinlər. Əgər bir nəsildə bir neçə nəfər qəfil ölübsə, o zaman həmin nəsildən olan insanların tez-tez müayinədən keçməyi məsləhətdir. Çünki ürək problemləri nəsillikcə də ola bilir.

O.Mehrəliyev vurğulayıb ki, ürək, qan-damar sistemi xəstəlikləri kişilərdə daha erkən yaşlarda başlayır: "Kişilər stressə daha meylli olurlar, siqaret çəkməyi sevdiklərindən kişilərdə testosteron hormonu çoxalır ki, bu da ürək, qan-damar sisteminə ziyandır. Bütün məsələ də bundan ibarətdir.

Ürək xəstəlikləri - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ürək xəstələri, bu tövsiyyələri gözardı etməyin!
 Qadınlarda isə bu hormon əksinə, qan-damar xəstəliklərinin qarşısını alır. Qadınlarda klimaks dövründə ürək, qan-damar xəstəlikləri başlayır. Bədəndə estrogen maddəsi azaldıqca ürək xəstəlikləri başlayır".

Mütəxəssis onu da əlavə edib ki, ölkəmizdə ürək problemindən əziyyət çəkənlər sırasında gənclər də var: "İl ərzində ölüm törədən səbəblər çox olur. Təbii fəlakətlər, xərçəng xəstəliyi, infeksion xəstəliklər, avtomobil qəzaları, müharibələr və digərləri. Təsəvvür edin, ürək, qan-damar xəstəliklərindən baş verən ölüm halları saydıqlarımın cəmindən də çox olur. Azərbaycanda, hətta 30 yaşına çatmayan gənclər belə hipertoniya xəstəliyindən əziyyət çəkir. Yəni, qan təzyiqi ürək-qan damar xəstəliklərinin yaranmasına səbəb olan əsas amillərdən biridir".

Psixoloq Taryel Faziloğlu də bildirib ki, ürəyin qəfil dayanmasının birbaşa səbəbi psixoloji gərginlikdir: "İnsanların ruh düşkünlüyünün olması, psixoloji gərginliklərinin səbəbi belə ağır nəticələrə gətirib çıxarır. İnsanın özünü hər hansısa problemlərin qarşısında aciz hiss etməsi ürəyə təsir edir, bu da əksər hallarda belə nəticələnir".

"Yaradıcı və sosial işlə məşğul olan hər bir kəs mütəmadi olaraq psixoloji yüklənmədən xilas olmalıdır. Ayda minimum iki dəfə psixoloji konsultasiyadan keçməlidirlər. Dünyanın bir çox ölkələrində bütün şirkətlər işçiləri üçün bu şəraiti yaradır. Yəni, işçilərinə psixoloji yardım göstərir. Bizdə də belə olmalıdır" — deyə T.Faziloğlu əlavə edib.

Tərxun - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ürək və damarların təbii dərmanını yaxından tanıyın

T.Faziloğlu bu problemlərin daha çox kişilərdə baş verməsinin səbəbini belə izah edib: "Qadınlarda emosional, kişilərdə isə rasional təfəkkür aktivdir. Qadınlar ağlayaraq, qışqıraraq mənən rahat olurlar, kişilər isə maksimum özünə nəzarəti ələ aldıqları üçün ikiqat sinir sisteminin gərginləşməsi sayəsində özlərinin gərginliklərini qorumağa çalışırlar. Nəticə etibarilə, kişilərdə daha çox ürək-qan damar sistemi problemləri yaranır".

Məsələyə münasibət bildirən ilahiyyatçı Rəsul Mirhəşimli isə problemin həllinin dini yolla mümkün olduğunu deyib: "İnsanın qəlbini rahatladan ən gözəl vasitə ibadətdir. Allahın buyurduğu hər bir ibadət qulu Rəbbinə bir az da yaxınlaşdırır. Namaz Allahdan başqasına qul olmamağın, oruc səbr etməyin, dua Yaradana yaxınlaşmağın, hər şeyi Ondan istəməyin hikmətini öyrədir. Allaha iman gətirənlər isə Yaradanın vacib bildiyi bütün ibadətləri edirlər. Bu ibadətlərin hamısı Qurani-Kərimdə var, hər iman gətirən insan bu ibadətləri bilir və əməl edir".

Xəbər lenti
0