Modelin başını kəsib, bədənini hissələrə parçaladılar - VİDEO

© Photo : dailymail.co.ukSara Jqoul
Sara Jqoul - Sputnik Azərbaycan
Abunə olmaq
Daha sonra cinayətkar hissələri iki çamadana yığıb və avtomobilin baqajına qoyub

BAKI, 28 yanvar — Sputnik. Öldürülən və hissələrə parçalanan amerikalı modeli "BMW" avtomobilinin baqajında tapıblar. Sputnik Azərbaycan bu barədə "The Oregonian"a istinadən məlumat verir.

İnsident yanvarın 25-də Oreqon ştatının Aloxe şəhərində baş verib. Amma polis informasiyanı 2 gün sonra açıqlayıb. 28 yaşlı aktrisa və model Sara Jqoulun başı kəsilib, bədəni müxtəlif hissələrə parçalanıb. Daha sonra cinayətkar hissələri iki çamadana doldurub və avtomobilin baqajına yığıb. Qadının azyaşlı uşağı qalıb.

Hadisədən dərhal sonra şübhəli şəxs həbs olunub. O, polisi görən kimi intihara cəhd edib. Polis cinayətkarın adını açıqlamaqdan imtina edir.

"The Oregonian" şahidlərə istinadən yazır ki, öldürülən model son dərəcə yaxşı insan kimi ad çıxarıb. Onun bütün dostları və yaxınları şok vəziyyətindədirlər.

 

 

Xəbər lenti
0