Məşhur şirkət sahibini itirdi...

© Photo : TT News Agency / Anders Wiklund via REUTERSİnqvar Kamprad
İnqvar Kamprad - Sputnik Azərbaycan
Abunə olmaq
İnqvar Kampradın 91 yaşı olub və uzun sürməyən xəstəlikdən sonra dünyasını dəyişib

BAKI, 28 yanvar — Sputnik. Məşhur IKEA şirkətinin yaradıcısı İnqvar Kamprad vəfat edib. Sputnik Azərbaycan şirkətin saytına istinadən xəbər verir ki, o, dünən dünyasını dəyişib.

"İnqvar Kamprad yanvarın 27-də Smolanddakı evində, yaxınlarının əhatəsində sakit şəkildə vəfat edib. Onun 91 yaşı vardı və uzun sürməyən xəstəlikdən sonra dünyasını dəyişib", — deyə IKEA-nın saytında bildirilir.

Şirkətin prezidenti Cesper Brodin təsisçiləri və dostları İnqvarın ölümündən çox kədərləndiklərini vurğulayıb: "Biz onun irsini qiymətləndirəcəyik. Onun insanların gündəlik həyatını daha yaxşı etməyə yönəlmiş bacarığı isə bizi irəli getməyə ruhlandıracaq".

İş adamı 1926-cı ildə doğulub və şirkəti 17 yaşı olanda təsis edib. 1988-ci ildən şirkətin rəhbərliyindən çəkilsə də, baş müşavir postunu tutub.

İsveçin zəngin insanlarının siyahısına başçılıq edən Kampardın sərvəti 62 milyard avro dəyərində qiymətləndirilir.

Xəbər lenti
0