BAKI, 28 yanvar — Sputnik. Rusiyanın Saxa Respublikasında dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan Saxa Səhiyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, kefli kişi 10 aylıq körpəsini ikinci mərtəbədəki mənzilin pəncərəsindən atıb. Körpənin vəziyyəti son dərəcə ağırdır.
İnsident Suntarsk rayonunda baş verib. Təcili yardım briqadası hadisə yerinə sanitar təyyarəsində gedib. Körpə Yakutska çatdırılıb.
Pəncərədən düşən körpə qız uşağıdır. Onun başında ciddi zədələr aşkar edilib. Uşaq yerdə qar olduğu üçün ölməyib.