ABŞ-da qrip epidemiyası yaşanır: 37 uşaq ölüb, məktəblər bağlanır...

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidUşaq müayinə vaxtı
Uşaq müayinə vaxtı - Sputnik Azərbaycan
Abunə olmaq
Təcili tədbirlər görülməsə, ölənlərin sayının dəfələrlə artacağı istisna edilmir

BAKI, 28 yanvar — Sputnik. ABŞ-da kəskin qrip epidemiyası yayılır. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən məlumatına görə, epidemiya demək olar ki, bütün ölkə ərazisində yayılıb.

Artıq ABŞ-ın 11 ştatında (Aydaho, Alabama, İllinoys, Kentukki, Miçiqan, Missuri, Oklahoma, Şimali Karolina, Tennessi, Texas və Florida) orta və ali məktəblərdə dərslər ləğv edilib. İlkin məlumatlara görə, qrip epidemiyası 37 uşağın ölümünə səbəb olub. Bundan başqa, böyüklər arasında da ölənlər var.

Təcili tədbirlər görülməsə, ölənlərin sayının dəfələrlə artacağı istisna edilmir.

Xəbər lenti
0