CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Pleyboy” üçün soyunan model Azərbaycanın regionlarına niyə gedib?

Abunə olmaq
Model professional şəkildə xizək sürə bilmək üçün hər şeyi edir və ona bunda məşqçilər köməklik göstərirlər

BAKI, 27 yanvar — Sputnik. “Miss Azərbaycan-2016” gözəllik müsabiqəsinin qalibi Oksana Barxatova ekstremal idman novu ilə məşğul olmağa başlayıb. Sputnik Azərbaycan onun "Instagram" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, model xizək sürmək üçün Azərbaycanın regionlarına üz tutub. Barxatova çəkdirdiyi şəkilləri səhifəsində yerləşdirib.

“Nəhayət ki, ən sevimli idman növlərimdən biri ilə məşğul olmaq üçün azacıq vaxt tapa bildim. İlk dəfə Qəbələyə gəlmişəm və çox razı qalmışam. Yollar boşdur və yaxşıdır, infrastruktur inkişaf edib. Eləcə də, ərazidə xizək sürmək üçün bütün avadanlıqları ala biləcəyiniz mağaza var”, – deyə Barxatova yazıb.

Model professional şəkildə xizək sürə bilmək üçün hər şeyi edir və ona bunda məşqçilər köməklik göstərirlər.

Qeyd edək ki, Oksana Barxatova təkcə modelliklə məşğul olmur. O, həm də modelyer kimi çalışır və artıq bir neçə dəfə Bakıdakı moda həftəsində geyimlərini nümayiş etdirib. Model həm də “Pleyboy” kişi jurnalının Rusiya versiyası üçün çəkilib.

Xəbər lenti
0