BAKI, 27 yanvar — Sputnik. Tanınmış azərbaycanlı müğənni Nura Suri imicini dəyişməyi o qədər də xoşlamır. Amma bu dəfə o, yeni layihə üçün istisna etməyi və dəyişməyi qərara alıb.
Müğənni Sputnik Azərbaycan-a bildirib ki, o, artıq 10 ildir imicini dəyişmir – eyni saç düzümü və geyim stili. Bunu onu tanıyan və izləyən insanlar da yaxşı bilir.
“Məndən həmişə soruşurdular ki, niyə stilimdə dəyişiklik etmirəm. Mən də cavab verirdim ki, əgər mənə rahatdırsa, komfortludursa və ən əsası, mənim xoşuma gəlirsə, niyə dəyişməliyəm? Amma bu dəfə dəyişmək qərarına gəldim və ancaq fotolayihə xətrinə saçlarımı boyadım” – deyə Suri bildirib.
Nura bu qərara stilist Elnur Həsənovla bir yerdə gəlib. Elnur müğənnini o qədər dəyişə bilib ki, təntənəli tədbirlərdən birinin çoxsaylı iştirakçıları onu tanımayıblar. Suri deyib ki, yeni imicinə fərqli yanaşmalar olub. Kiminsə xoşuna gəlib, kiminsə yox. Müğənni bir daha vurğulayıb ki, bu dəyişiklik müvəqqətidir və ancaq layihə üçündür.