"Zeytun budağı" əməliyyatında böyük uğur

© REUTERS / Khalil AshawiAfrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il
Afrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüş təyyarələri terror təşkilatlarının 23 hədəfini məhv edib

BAKI, 26 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatı nəticəsində 343 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumatda qeyd olunub ki, 13 ədəd döyüş təyyarəsi İŞİD və PKK/YPG/PYD terror təşkilatlarının 23 hədəfini məhv edib.

Qeyd edək ki, "Zeytun budağı" əməliyyatı yanvarın 20-də başlayıb.

Xəbər lenti
0