Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Çəkilən siqaretin sayının azaldılması insult riskindən xilas etməyəcək

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidСигарета и пиво, фото из архива
Сигарета и пиво, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin tədqiqatı bütövlükdə xoş olmayan nəticələri ortaya çıxarıb

BAKI, 26 yanvar — Sputnik. Londonun Universitet kollecinin alimləri müəyyən ediblər ki, hətta gündə bir dəfə siqaret çəkmək ürək-damar xəstəlikləri və insult riskini 50 faiz artırır. Sputnik Azərbaycan bu barədə The BMJ jurnalına istinadən məlumat verir.

Tədqiqatçılar bu məsələyə həsr olunmuş 14-dən artıq elmi işin nəticələrini təhlil ediblər. Məlum olub ki, gündə çəkdiyi siqaretin sayını 20-dən 1-ə endirən şəxslər təhlükəli xəstəliklərə yoluxma riskini cəmi 50% azaldıblar. 

Mütəxəssislər, həmçinin qadınlar üçün bu riskin daha böyük olduğunu bildirirlər. Gündə 20 siqaret çəkən qadınlar arasında ürək tutması və ya insult təhlükəsi ilə qarşılaşanların sayı kişilərə nisbətən hər 100 nəfərə 7 nəfər çoxdur. Gündə 1 siqaret çəkənlər arasında bu göstəriciyə görə qadınlar 100 nəfərə 3 nəfər qabaqdadırlar.

Xəbər lenti
0