Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd təsərrüfatına dair qanunda dəyişiklik edildi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İclasda "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliyə də baxılıb

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində komitənin payız sessiyasında gördüyü işlər, 2018-ci il yaz sessiyası üçün iş planı və "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik olub.

Komitə sədri Eldar İbrahimov hesabatla çıxış edib, ötən ilin payız sessiyasında görülən işlər barədə danışıb. O bildirib ki, yaz sessiyası üçün işlər planında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" və bir sıra qanunlara dəyişiklik layihələri var.

İclasda "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişikliyə də baxılıb. Dəyişiklik texniki xarakter daşıyır, 25-ci maddədə "pullu" sözü "ödənişli" sözü ilə əvəz edilir. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti
0