Tanınmış muzeyin İslam mədəniyyəti bölməsi bağlandı: İlginc səbəb

© AFP 2024 / ALAIN JOCARDСотрудники полиции возле здания Лувра, Франция
Сотрудники полиции возле здания Лувра, Франция - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, Sena çayının səviyyəsi 5 metri ötüb

BAKI, 26 yanvar — Sputnik. Parisdəki Luvr muzeyinin rəhbərliyi muzeyin aşağı hissəsində olan İslam mədəniyyəti bölməsini bağlamaq qərarına gəlib. Rəhbərlik bu addımı Sena çayında suyun səviyyəsinin sürətlə artması ilə əlaqələndirir. 

Luvrun nümayəndəsi bölmədə olan tarixi eksponatların suyun altında qala biləcəklərini və bu səbəbdən qabaqlayıcı addımların atıldığını açıqlayıb. Bölmənin işi yanvarın 28-dən dayandırılıb. Lakin muzeydə eksponatların başqa bir yerə köçürüləcəyi barədə söz deyilməyib. 

Xatırladaq ki, Sena çayının səviyyəsi 5 metri ötüb. Şəhər rəhbərliyi bir neçə metro stansiyasının bağlanması, suya qarşı maneələrin qurulması barədə göstəriş verib. 

Xəbər lenti
0