CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sadıqzadə: “İncəsənət Gimnaziyasının şagirdləri böyük uğurlar qazanıblar”

© Sputnik / Murad OrujovAzərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr bölümünün müdiri Hicran Sadıqzadə
Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr bölümünün müdiri Hicran Sadıqzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə deyir ki, burada təhsil alan uşaqlar kino sahəsində bilmədiklərini öyrəniblər

Hicran Sadıqzadə: “Şagirdlərin iştirakı ilə gimnaziyanın həyatına həsr olunmuş film çəkilib”
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutan tədbirdə  Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının "Uşaq yaradıcılıq studiyası" tərəfindən hazırlanmış qısametrajlı film təqdim edilib.

Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr şöbəsinin müdiri Hicran Sadıqzadə Sputnik Azərbaycan-a deyir ki, gimnaziyada bir çox ixtisaslar tədris olunur:

“Artıq 10 ildir gimnaziyada “Uşaq yaradıcılıq studiyası” faəliyyət göstərir. Əvvəlki illərdə bu studiyanın xətti ilə çox sayda filmlər çəkilib. Bu gimnaziyada təhsil alan uşaqlar böyük uğurlar qazanıblar”.

Xəbər lenti
0