Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə tanınmış şəxsin oğlu həbs olundu

© © AA/ Aykut ÜnlüpınarHaşim Kılıç
Haşim Kılıç - Sputnik Azərbaycan
Abunə olmaq
Sabiq AYM sədri ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında dəfələrlə siyasi intriqalar yaşanıb

BAKI, 26 yanvar — Sputnik. Türkiyə Konstitusiya Məhkəməsinin (AYM) keçmiş sədri Haşim Kılıçın oğlu Fatih Samed Kılıç həbs olunub. Sputnik Türkiyə xəbər verir ki, o Fətullah Gülən şəbəkəsinə (FETÖ terror təşkilatı) üzvlükdə şübhəli bilinir.

Ankara Respublika Baş Prokurorluğundan verilən məlumata görə, oğul Kılıç FETÖ üzvlərinin gizli danışıq şəbəkəsi olan ByLock-dan istifadədə təqsirləndirilir.

Qeyd edək ki, sabiq AYM sədri ilə prezident Rəcəb Tayyib Ərdoğan arasında dəfələrlə siyasi intriqalar yaşanıb.

Xəbər lenti
0