CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş redaktora rəsmi xəbərdarlıq edildi

© Sputnik / Anar MustafayevГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilib

BAKI, 26 yanvar — Sputnik. Baş Prokurorluqda aparılmış araşdırmalarla “Xural.com” internet saytında “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarının tələbləri pozulmaqla vəzifəli şəxslər və təmsil etdikləri dövlət orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli məlumatların qəsdən və qərəzli şəkildə yayılması müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd edilənlərlə əlaqədar saytın baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğa dəvət edilərək kütləvi informasiya vasitələrindən sui-istifadənin yolverilməzliyi diqqətinə çatdırılmaqla, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qanunazidd əməlləri davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Xəbər lenti
0