Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda bitən bu bitkinin bir yarpağı həyatınızı xilas etməyə qadirdir

Abunə olmaq
Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirirlər

BAKI, 26 yanvar — Sputnik. Əksəriyyətimiz bilmirik ki, ətrafımızdakı təbiət sağlamlığımız üçün həyati əhəmiyyət daşıyan bitkilərlə doludur. Misal üçün, leykoz terminini eşidəndə dərhal ağlımıza kimyəvi terapiya, bahalı dərmanlar və baha başa gələn müalicə gəlir.

Amma bilmirik ki, gözümüzü açıb ətrafa diqqətlə baxanda hər yerdə, bütün bağlarda gözümüzə sataşan zəncirotunun yarpağı, kökləri və çiçəkləri leykemiya ilə mübarizədə möcüzə yarada bilir.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu yaxınlarda zəncirotu kökləri üzərində aparılan tədqiqat zamanı onun leykemiyanın 3 növünü məhv etməyə qadir olduğu müəyyən edilib. O, 48 saat ərzində xəstəlik hüceyrələrinin 95%-ni məhv edir.

Vindsor Xərçəng Araşdırmaları qrupunun (Windsor Cancer Research Group) əməkdaşı, onkoloq Karolina Hamm mielomonositar leykemiyadan əziyyət çəkən və kimyəvi terapiya prosedurunun müsbət nəticə vermədiyi yaşlı pasienti ilə bağlı təcrübəni bölüşüb. Yaşlı xəstəyə zəncirotu köklərinin çayını içməyə başlamaq təklif edilib. Bir müddətdən sonra onu müayinə edən Hamm nəticədən dəhşətə gəlib. Onun ümumi vəziyyəti yaxşılaşmağa doğru getməyə başlayıb. Sən demə, bu çay xərçəng hüceyrələrinə nüfuz edərək onları 48 saat ərzində yox etməyə qadirdir. O, eyni zamanda yeni sağlam hüceyrələrin yaranmasını da stimullaşdırır. Bir çox digər tədqiqatların nəticələri təsdiq edir ki, zəncirotu melanoma, prostat vəzi və xərçəngin bütün növlərini öldürməyə qadirdir. 

Toyuq bulyonu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Toyuq bulyonunun bilmədiyiniz faydaları

Zəncirotu yarpaqları və köklərinin bir sıra digər xüsusiyyətləri

Zəncirotu ekstraktından əsrlər boyu xalq təbabətində geniş istifadə edilib. Zəncirotu bu xəstəliklərin müalicəsində də əvəzsizdir:

Anemiya

Zəncirotunda zəngin vitminlər, dəmir və zülallar var. Vitaminlər eritrositlərin formalaşması üçün zəruridir və dəmir hemoqlobinin vacib hissəsidir. Odur ki, zəncirotu anemik xəstələrin vəziyyətini yaxşılaşdırır.

Kövrək sümüklər

Zəngin kalsium sümüklərin möhkəmliyi və inkişafı üçün həyati vacibdir. Zəncirotu sümükləri yaşla bağlı olan aşınmalardan qoruyur. Bu aşınmalar sərbəst radikallar səbəbindən yaranır ki, bu da sümüklərin zəifləməsi və asanlıqla qırılmasında özünü göstərir. 

Bakıdakı bazarlardan birində kartof satışı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səhər ac qarına kartof suyu içməyin faydaları

Diabet

Zəncirotu şirəsi mədəaltı vəzidə insulinin istehsalını stimullaşdırır. Zəncirotu həm də sidikqovucu funksiyasına malikdir, saxarozanın orqanizmdən ifraz olunmasına yardım edir.

Sidik yolları infeksiyalarının qarşısını alır

Zəncirotu sidik yolları infeksiyalarının və selikli qişanın pozuntularının qarşısını alır. Reprodüktiv orqanlarda kistaların meydana gəlməsini və böyrək problemlərinin yaranmsını önləyir.

Qaraciyəri təmizləyir

Zəncirotunun tərkibindəki çox sayda vitaminlər qaraciyəri təmizləyir və onun düzgün işləməsini təmin edir. Eyni zamanda onlar bizim həzm sistemimizi mədə şirəsi ilə tənzimləyir. C vitamini iltihabı azaldır, mineralların udulmasına kömək edir və xəstəliklərin inkişafına mane olur. 

Qoz - Sputnik Azərbaycan
SƏHİYYƏ
Cücərdilmiş qozun inanılmaz faydaları

Həzmi yaxşılaşdırır

Zəncirotu iştahı tənzimləyir, həzmi yaxşılaşdırır və bağırsaqlardakı yaxşı bakteriyaları balanslaşdırır.

Dərinin vəziyyətini yaxşılaşdırır

Zəncirotu südü dəri xəstəliklərində, göbələk və mikrob infeksiyalarının təmizlənməsində əvəzsizdir. O, özündə bakterisid, insektisid və funqisid xüsusiyyətlərini daşıyır, ekzema, qaşınma və digər dəri xəstəliklərinin öhdəsindən yaxşı gəlir.

Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirir və hər kəsin ondan istifadəsini tövsiyə edirlər.

Xəbər lenti
0