CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Teleqüllə köçkünləri"nin taleyinə aydınlıq gətirildi

© Sputnik / Murad OrujovВид на Бакинскую телебашню
Вид на Бакинскую телебашню - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda evlərdə böyük çatlar var, amma zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb

BAKI, 25 yanvar — Sputnik. Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə olan ərazilərdən 67 ailə köçürülüb. Sputnik Azərbaycan xəbər verir ki, sakinlər müvəqqəti olaraq rayon ərazisindəki 49 saylı orta məktəbin binasına yerləşdirilib.

Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bayılda yaşayan sakinlər gecə ilə ərazidən köçürüldülər

Hazırda evlərdə böyük çatlar var, amma zədələnməyən evlərdəki ailələr də təhlükəsizlik üçün köçürülüb.

Xatırladaq ki, sürüşmə baş verən ərazi təhlükəsizlik zolağı ilə əhatələnib. Ərazi polis nəzarətinə götürülüb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bəzi KİV-lərdə yer alan məlumatlara görə, Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən sakinlərə kirayə haqqı ödəniləcək. Səbail Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda belə bir məsələ gündəmdə deyil.

"Bununla yanaşı, dövlət həmin sakinlərin problemlərinin həlli istiqamətində bütün lazımi addımları atacaq. Hazırda məsələnin həlli istiqamətində iş gedir" — Səbail RİH-də bildirilib.

Xəbər lenti
0