BAKI, 25 yanvar — Sputnik. "Dünən qoyduğumuz mayaklarda çatlar var. Bu da o deməkdir ki, çatlar genişlənir. Sürüşmə aktiv fazadadır".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, hazırda ərazidə araşdırma davam etdirilir.
"Hazırda baş verən prosesdən "Teleqüllə"-nin zərər görəcəyi ehtimal edilmir. Çünki "Teleqüllə" monolit əhəng daşları üzərində inşa edilib. Bu səbbədən də sürüşmə ona zərər verə bilməz" — Qaralov vurğulayıb.
Xatırladaq ki, sürüşmə sahəsi — "Teleqüllə"-dən 200-250 m cənub-şərqdə yerləşir. Ərazidə 70 metr uzunluğunda 6-7 metr dəyinliyində çatlar müşahidə edilir.
Mütəxəssislərə görə, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Baş verənlərlə bağlı ərazidə yaşayan insanlar təxliyə olunub.