Arzu Nağıyev: “Azərbaycanda mətbuatın inkişafına bütün imkanlar yaradılıb”
Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən mətbuat azadlığı təmin edilir. Bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında Azərbaycanda mətbuat azadlığı ilə bağlı suala cavabında deyib.
Politoloq Arzu Nağıyev Sputnik Azərbayan-a deyir ki, bu mesaja müsbət hal kimi qiymət vermək olar:
“Azərbaycanda mətbuat vasitələrinə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb. Bu gün agentliklər, saytlar Azərbaycan qanunvericiliyinə uyğun olaraq hər hansı iş görürlərsə, onlar üçün heç bir maneə yoxdur”.