Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının Teatr bölümündə təşkil olunan "Uşaq yaradıcılıq studiyası" və Gənc Yazıçılar Dairəsinin (GYD) yaradılmasından 10 il ötür.
Bu illər necə keçib və studiyanın hansı yeni layihələri var? Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində layihənin təşəbbüskarları, Azərbaycan Milli Konservatoriyası yanında İncəsənət Gimnaziyasının müəllimləri, həmçinin uşaqlar özləri danışdılar.