BAKI, 25 yanvar — Sputnik. Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif olunur. Sputnik Azərbaycan xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva komitənin bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
S.Vəliyeva bildirib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: "Azərbaycanda boşanmaların sayı çoxalıb və bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir və burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Bu zaman da uşaqları anaları saxlayır. Bəzən isə uşağı tərəflərin heç biri saxlamır".